25 
Okt
2021
18:04
19
187
1540
Virtual karabakh

Şamaxının asfalt üzü görməyən mərkəzi küçələri - VİDEO

Şamaxı rayonun mərkəzi küçələri yararsız haldadır.

Baku TV xəbər verir ki, rayonun Sarıtorpaq, Mirzə Məmmədhəsən və Səttar Bəhlulzadə küçələri öz qədimliyi ilə seçilsə də, yollardakı problemlərin özü artıq tarixə çevrilib. 

Sakinlər deyir ki, küçələr mövcud olduğu gündən indiyə qədər burada asfalt yolu olmayıb. Nə şikayətlərinə baxan var, nə də səslərini eşidən. Əldə etdiyimiz məlumata görə, şəhərin su-kanalizasiya sisteminin yenilənməsi zamanı küçəyə suötürücü qurğuları qoyulmayıb. Bu səbəbdən sel küçələrdə dağıntılara səbəb olub. 

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin şəhər icra nümayəndəsi Asif Şirəliyev bildirib ki, şəhərdə asfaltlanma işləri davam edir və yaxın bir il ərzində adıçəkilən küçələrdə də abadlıq işləri aparılacaq.

Ətraflı Baku TV-nin süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri