25 
Okt
2021
17:56
195
30
5292
Virtual karabakh

Bakının “Papanin” məhəlləsi nə vaxt sökülür? - VİDEO

25 Okt, 2021
17:56
5292

Bakının “Papanin” məhəlləsi nə vaxt sökülür? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hələ 2014-cü ildə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən “Papanin” və “Xutor” kimi tanınan ərazilərin metro tikintisi ilə əlaqədar söküləcəyi bildirilmişdi. Məlum olduğu kimi ərazinin bir hissəsində “8 Noyabr” metrostansiyası tikilərək istifadəyə verildi, lakin böyük bir qismi sökülmədi. 

Maraqlısı isə odur ki, sakinlərin sözlərinə görə, hər dəfə qalstuklu şəxslər gəlib, ərazini ölçüb-biçib, söküləcəyi vədini versələr də, hələ ki heç bir nəticə yoxdur. Uzun zamandır məhəllədəki evlərə qeydiyyat dayandırılıb, əlavə mənzil tikintisinə də icazə verilmir. Sakinlər də köçürüləcəklərini səbirsizliklə gözlədiklərindən təmir aparmağa, evlərini yeniləməyə əlləri gəlmir. Əmlak ekspertləri isə hesab edir ki, bu ərazilər investorlar üçün olduqca əlverişli olsa da, köçürülmə prosesi onlar üçün problemdir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri