25 
Okt
2021
18:53
211
18
1127
Virtual karabakh

Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb - FOTO

25 Okt, 2021
18:53
1127

Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən bildirilib ki, Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını bildirən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin  Azərbaycan Ordusunda tətbiq edilməsi, bu məqsədlə də Türkiyə Milli Müdafiə Universiteti ilə hərbi təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasının zəruri olduğunu qeyd edib.

Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Vətən Müharibəsində əldə edilən qələbəyə görə təbriklərini çatdıran professor E.Afyoncu hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsirini qeyd edərək bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri