25 
Okt
2021
19:00
109
38
1629
Virtual karabakh

Piyadanı vuran sürücü barəsində cinayət işi başlanıldı

25 Okt, 2021
19:00
1629

Piyadanı vuran sürücü barəsində cinayət işi başlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə piyadanı vuran sürücü barəsində cinayət işi başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. 

Onun sözlərinə görə, oktyabrın 23-də, axşam saat 19 radələrində, Gəncə şəhər S. Rəhimov küçəsində, şəhər sakini, 1982-ci təvəllüdlü Ramin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1954 cü il təvəllüdlü İbrahim Bayramovu vurub, nəticədə piyada hadisə yerində ölüb:

“Faktla əlaqədar olaraq polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində sürücü Ramin Abbasov barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb və araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş vermişdi. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri