27 
Okt
2021
16:50
24
442
3726
Virtual karabakh

Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin artımı gözlənilir

27 Okt, 2021
16:50
3726

Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin artımı gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son zamanlar uşaqlar arasında endokrinoloji xəstəliklərdən daha çox piylənməyə rast gəlinir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, 2020-ci ildə 18 yaşa qədər uşaqlar arasında 10 972 nəfərə endokrin xəstəliklər və maddələr mübadiləsinin pozulması ilə bağlı diaqnoz qoyulub:

“Qarşıdakı illərdə uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin artımı gözlənilir. 2010-cu ildə 0-13 yaş qrupu aralığında 35 954 uşaqda mədə-bağırsaq sistemi xəstəlikləri aşkarlanıb. 2020-ci ildə bu rəqəm 42 490 nəfərə çatıb. Eyni zamanda 2010-cu ildə 18 yaşa qədər olan 45 732 uşaqda mədə-bağırsaq sistemi xəstəlikləri aşkar edilmişdisə, 2020-ci ildə bu rəqəm artaraq 57 592 nəfər təşkil edib. Bu onu göstərir ki, uşaqlar və yeniyetmələr arasında qida rasionu düzgün tənzimlənmir. Uşaqların oturaq həyat tərzi keçirməsi və düzgün qidalanmaması səbəbindən qarşıdakı 10 ildə bu xəstəliklərin sayı daha da artacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri