28 
Okt
2021
13:32
15
127
1535
Virtual karabakh

Qida məhsullarının satışı bazarında nöqsanlar aşkarlandı - FOTO

28 Okt, 2021
13:32
1535

Qida məhsullarının satışı bazarında nöqsanlar aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər rayonu, H.Əliyev prospekti 52 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Zülfüqaroğlu” MMC-yə məxsus qida məhsullarının satışı bazarında yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, bazarda qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulduğu, bazar ərazisində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, mənşəyi məlum olmayan müxtəlif növ məhsulların satışa çıxarıldığı, eləcə də müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçilərin sanitar geyimlə təmin edilmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri