28 
Okt
2021
11:32
308
13
4215
Virtual karabakh

Şuşada poliqonun yaradılması üçün yer axtarılır - RƏSMİ

28 Okt, 2021
11:32
4215

Şuşada poliqonun yaradılması üçün yer axtarılır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Şuşada tullantıların yığılması işi davam etdirilir və müvəqqəti müvafiq yer Daşaltı kəndinin yaxınlığında yerləşir. Orada poliqonun tikilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əraziyə baxmalıyıq”.

Bunu Oxu.Az-a açıqlamasında “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib. 

O bildirib ki, sözügedən şəhərdə poliqonun yaradılması üçün torpaq sahəsi ayrılmalıdır:

“Şuşa ətrafı meşəlikdir ərazidir. Poliqonun salınması üçün lazım olan düzənlik sahəni axtarıb tapmaq lazımdır. Nazirlik tərəfindən müəyyən yer ayrılarsa, işimizi qurarıq. Alternativ olaraq, müvafiq yerin tapılması üçün əraziyə özümüz də baxırıq”.

“Şuşada hər hansı emal müəssisənin yaradılmasını da nəzərdən keçirə bilərik. Bu variantlar üzərində də işləyirik ki, gələcəkdə orada poliqon yox, emal müəssisəsi yaradaq. Tullantıları həmin müəssisədə emal edək”, - deyə sədr qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri