28 
Okt
2021
14:02
75
156
4384
Virtual karabakh

Bakıda avtobus polis idarəsinin hasarına çırpıldı - YENİLƏNİB

28 Okt, 2021
14:02
4384

Bakıda avtobus polis idarəsinin hasarına çırpıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Nəqliyyat Agentliyi Sabunçu rayonu ərazisində qəza törədən 198 saylı marşrut avtobusu ilə bağlı məlumat yayıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qəza törədən avtobus “AzLand Plaza” MMC-nin müvəqqəti istismarında olan marşrut xəttinə aiddir:

“Hadisə barədə Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırılma aparılır. Qəza zamanı sərnişinlər arasında xəsarət alan olmayıb”.

Könül Cəfərli

13:15

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda avtobusun polis idarəsinin hasarına çırpılması ilə bağlı məsələyə münasibət bildirib. 

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə barədə araşdırma aparılır:

“Bakının Sabunçu rayonu ərazisində 198 saylı marşrut xətti üzrə hərəkət edən avtobus polis idarəsinin hasarına çırpılıb. Xəsarət alan yoxdur. Baş verən hadisə zamanı idarəyə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”.

İlhamə Əbülfət

12:21

Bakının Sabunçu rayonu ərazisində 198 saylı marşrut avtobusu qəza törədib.

“Report” xəbər verir ki, sürücünün idarəetməni itirməsi səbəbindən avtobus Sabunçu rayon Yol Polisi İdarəsinin hasarına çırpılıb.

Qeyd edək ki, ölən və yaralananlar haqqında məlumat yoxdur. Ərazidə tıxac yaranıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri