28 
Okt
2021
15:08
11
85
803
Virtual karabakh

Yol qəzalarının infrastruktura vurduğu ziyanın məbləği AÇIQLANIB

28 Okt, 2021
15:08
803

Yol qəzalarının infrastruktura vurduğu ziyanın məbləği AÇIQLANIB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Məlumatda bildirilib ki, qeydə alınan yol-nəqliyyat hadisələri zamanı 6055 p/m əyrixətli tirlər, 65 p/m beton bardür, 177 p/m mühafizə çəpəri, 20 işıq dirəyi, 15 yol nişanı, 4 məlumat lövhəsi, 3 dayanacaq, 18 səsboğucu lövhə, 1 hidravlik baryer və mühərriki, 164 m2 alkapon üzlük, 25 m körpü məhəccəri yararsız hala düşüb.

Eyni zamanda cari ilin 9 ayı ərzində yol təsərrüfatına 572,2 min manat məbləğində maddi ziyan dəyib ki, bundan 405,7 min manatı (70.9 %) ödənilib. Məsələ ilə bağlı dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərinə, üç yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə BDYPİ-nə müraciət olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri