28 
Okt
2021
21:09
212
23
1579
Virtual karabakh

Azərbaycanın ilk kompleks suda həll olunan gübrə istehsalçısının 1 yaşı tamam olur - VİDEO

28 Okt, 2021
21:09
1579

Azərbaycanın ilk kompleks suda həll olunan gübrə istehsalçısının 1 yaşı tamam olur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün maye mineral gübrələrin, kompleks suda həll olunan gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan AZCHEMCO şirkətinin yaradılmasının 1 ili tamam olur.

“Report” xəbər verir ki, formulların tədqiqi, bitkilərin mühafizə vasitələrinin və gübrələrin istehsalı üzrə ixtisaslaşmış AZCHEMCO şirkəti Azərbaycan tarixində ilk dəfə olaraq tərkibində texniki elementlər olan kompleks NPK gübrələrini satışa çıxarıb, həmçinin şoranlaşmış torpaq növləri ilə bağlı problemlərin həlli üzrə layihə təqdim edib.

Azərbaycanda gübrə və kimyəvi vasitələrin qeydiyyatı qanun və qaydalarına riayət edərək, şirkət 23 növ maye gübrə və bitki mühafizəsi vasitəsi, həmçinin tərkibində texniki elementlər olan 5 növ kompleks NPK gübrələri hazırlayıb və tədqiqat aparılması üçün dövlət laboratoriyalarına təqdim edib. İndiki mərhələdə artıq təhlillərin müsbət nəticələri əldə olunub və mətbuatda işıqlandırılıb.

AZCHEMCO şirkətinin fəaliyyətinin strateji istiqamətlərindən biri münbit torpaqlardan istifadənin optimallaşdırılması, şoranlaşmış torpaqların bərpası və ekoloji təmiz bitkilərin becərilməsi sahəsində FAO ilə əməkdaşlıqdır.

Öz fəaliyyətinin coğrafiyasını genişləndirən şirkət dünyanın gübrə və kimyəvi vasitələr üzrə ən nüfuzlu istehlak bazarı olan Ukraynada artıq öz rəsmi nümayəndəliyini qeydiyyatdan keçirmişdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri