29 
Okt
2021
09:44
14
114
1728
Virtual karabakh

Bərdə İcra Hakimiyyətinin yaxınlığında YANĞIN - YENİLƏNİB

29 Okt, 2021
09:44
1728

Bərdə İcra Hakimiyyətinin yaxınlığında YANĞIN - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Bərdədə baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, Bərdə şəhərində ümumi sahəsi 640 kvadratmetr olan, bir dam altında tikilmiş birmərtəbəli onüçmənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb.

Qeyd olunub ki, bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

09:18

Bərdə rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Bərdə Rayon İcra Hakimiyyəti binasının yaxınlığında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğınsöndürən briqadası cəlb olunub. Ətraf binalardan sakinlər təxliyə edilib. 

Yanğın söndürülüb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri