Noy
2021
15:16
303
15
1569
Virtual karabakh

Gəncədə ermənilərin atdığı raketlə dörd nəfərin şəhid olduğu ev yenidən bərpa edilir - FOTO

2 Noy, 2021
15:16
1569

Gəncədə ermənilərin atdığı raketlə dörd nəfərin şəhid olduğu ev yenidən bərpa edilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə Vətən müharibəsi dövründə dağılmış evlərdə təmir-bərpa işləri davam etdirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raket komplekslərindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəf aldı. Erməni silahlı dəstələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorlar nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişib, yüzlərlə fərdi yaşayış evləri, sosial, iaşə və xidmət obyektlərinə ciddi ziyan dəyib.

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib. Həmin evlərdən biri də, Gəncə şəhər sakini Qəhrəmanov Ramiz Xanlar oğluna məxsus evdir.

R.Qəhrəmanov bildirir ki, erməni terrorçularının atdığı mərmi nəticəsində ailəsinin dörd üzvü şəhid olub:

“Ermənilərin atdığı raketlərdən biri də bizim evə düşdü və o gecə ailəmin dörd üzvü şəhid oldu. Mən isə xəsarət aldım. Evim tamam dağılmışdı. Ev iki mərtəbədən, dörd otaq və bir mətbəxdən ibarət idi. Sağ olsunlar, indi də ikimərtəbəli eyni sayda otaqlardan ibarət yeni ev tikirlər” - deyən R.Qəhrəmanov bütün bunlar üçün Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin təcavüzündən ən çox ziyan çəkmiş ərazilərimizdəndir. Burada ümumilikdə 3 800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağıdılıb və ya qismən ziyan görüb. Dövlət başçısının tapşırığına əsasən, hazırda 3 200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib və hazırda onların təmir işləri aparılır. Bununla yanaşı 22 yaşayış evi tikilir, bir bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir. Gəncə şəhərində əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb olunub.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Həmin ərazilərdə 13 000-dən çox tikiliyə ziyan dəyib ki, hazırkı mərhələdə onlardan 11 750-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri