4 
Noy
2021
15:36
31
263
11337
yuxarı
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü - FOTO
4 Noy, 2021
15:36
11337
31
263
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü - FOTO
Son sutkada Azərbaycanda koronavirusa 2 706 yeni yoluxma faktı qeydə alınıb, 1 937 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 539 710 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501 508 nəfər müalicə olunaraq sağalıb, 7 182 nəfər vəfat edib, aktiv xəstə sayı 31 020 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 350, ötən müddət ərzində isə ümumilikdə 5 243 038 test aparılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək