Noy
2021
14:12
12
352
1614
Virtual karabakh

Sumqayıtda ağaclar kəsilir? - VİDEO

9 Noy, 2021
14:12
1614

Sumqayıtda ağaclar kəsilir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində ağacların kəsildiyi iddia edilib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, şəhərdə ağaclar kütləvi kəsilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri, Şəhidlər xiyabanı ətrafında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. 

Xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda Sumqayıt şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların aqrotexniki qaydalara uyğun budandığı və bir şam ağacının isə bioloji inkişafdan dayandığı üçün götürüldüyü müəyyən edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, həmin əraziyə baxış keçirilib və məlum olub ki, bir quru ağac kəsilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri