Noy
2021
18:58
262
27
1402
Virtual karabakh

Zəfər Günü Nikaraqua Dövlət televiziyasında - VİDEO

9 Noy, 2021
18:58
1402

Zəfər Günü Nikaraqua Dövlət televiziyasında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qeyd olunan Zəfər Gününün ildönümü ilə əlaqədar Nikaraquanın Dövlət televiziyası TN8 və Globo TV NIC də xüsusi reportaj efirə gedib. 

Oxu.Az xəbər verir ki, Azərbaycanın zəfər gününə həsr edilən reportajda qeyd olunub ki, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı Azərbaycan ərazilərin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsinə və Azərbaycan xalqının qürur mənbəyinə çevrildi.

Materialda həm də Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanovun Zəfər Günü ilə bağlı fikirləri də yer alıb.

“Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi”- deyə M.Qurbanov qeyd edib.

Sonda isə Nikaraqua Dövlət televiziyası Nikaraquanı hər zaman Azərbaycanın yanında olacağını bildirərək, bir daha “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri