10 
Noy
2021
09:48
42
99
1119
Virtual karabakh

Saatlıda karantin qaydaları pozuldu: Toy sahibləri məsuliyyətə cəlb edildi

10 Noy, 2021
09:48
1119

Saatlıda karantin qaydaları pozuldu: Toy sahibləri məsuliyyətə cəlb edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Dəllər kəndində yerləşən iki fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Polis əməkdaşları tərəfindən məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə hər iki ev sahibi inzibati qaydada məsuliyyətə cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri