10 
Noy
2021
15:13
52
458
2603
Virtual karabakh

Zibilliklə əhatələnən məscidin ətrafı təmizləndi - YENİLƏNİB + FOTO

10 Noy, 2021
15:13
2603

Zibilliklə əhatələnən məscidin ətrafı təmizləndi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ağdaş rayonunda yerləşən Hacı Məhəmməd məscidinin ətrafına atılan məişət tullantıları təmizlənib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.

Onun sözlərinə görə, bir neçə gün öncə Ağdaş rayonunda yerləşən 1891-ci ildə inşa olunmuş məscidin qarşısına məişət tullantıları atılıb:

“Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rayon üzrə abidə mühafizəçisi xəbər tutan kimi, Ağdaş Şəhər Kommunal Müəssisələr Kombinatına ərazinin təmizlənməsi üçün müraciət edib. Tarixi abidənin ətrafı təmizlənib, ərazidə səliqə-sahman yaradılıb”.

“Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş tarixi tikili hazırda məscid kimi fəaliyyətini davam etdirir.

Dövlət Xidmətinin abidə mühafizəçisi tərəfindən həmin məscidin mühafizə zonasının təmiz saxlanılması üçün aidiyyəti üzrə məlumat verib”, - deyə o qeyd edib.

11:32

Ağdaş rayonunda yerləşən Hacı Məhəmməd məscidinin ətrafı məişət tullantıları ilə qalaqlanıb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, 19-cu əsrə aid Hacı Məhəmməd məscidinin ətrafı zibilxanaya çevrilib.

Məscid Mədəniyyət Nazirliyi tərəfindən qorunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri