10 
Noy
2021
16:24
404
17
4118
Virtual karabakh

İçərişəhərin Qala divarlarını korlayan şəxslər saxlanılıb - FOTO

İçərişəhərin qədim Qala divarlarını korlayan şəxslər saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sosial media hesabında paylaşım edib.  

Bildirilib ki, tarixi özündə yaşadan Qala divarları bu dəfə yetkinlik yaşına çatmayanların qurbanı olub.

Hadisə ilə bağlı əlaqədar İdarənin müvafiq qurumları tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilmiş və bu çirkin əmələ yol vermiş üç yeniyetmə saxlanılıb, onlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş sanksiyalar tətbiq edilib.

“İdarə bir daha hamının nəzərinə çatdırır ki, tariximizin qəsdinə duran şəxslər bundan sonra da saxlanılıb dərhal hüquq-mühafizə orqanlarına təhvil veriləcək, əməllərinə cinayət tərkibi olan əməl kimi hüquqi qiymət veriləcəkdir. Bununla yanaşı bütün valideynləri və yeniyetmələrin qəyyumlarını övladlarına diqqət yetirməyə çağırır, abidələrimizə xələl gətirilməsinin yolverilməz olduğunu vurğulayırıq”, - paylaşımda qeyd edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri