11 
Noy
2021
10:15
296
9
2423
Virtual karabakh

10 aylıq Ümidin sağlamlığına qovuşması üçün 5 min manat lazımdır - FOTO/VİDEO

11 Noy, 2021
10:15
2423

10 aylıq Ümidin sağlamlığına qovuşması üçün 5 min manat lazımdır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda on aylıq körpənin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a azyaşlı Ümid İbadovun anası Rəna İbadova məlumat verib.

O bildirib ki, oğlunun ürəyində anadangəlmə qüsur olub:

“Oğlum İbadov Ümid Xaliq oğlu 2021-ci il yanvar ayının 5-də dünyaya gəlib. Həkimlər Ümidə pulmonar hipertenziya diaqnozu qoydular və iki dəfə açıq ürək əməliyyatı keçirməli olduğunu bildirdilər. Oğlum noyabr ayının 1-də ikinci əməliyyatını da keçirdi. Bir neçə gündən sonra isə xəstəxanadan evə buraxılacaq. Ümidin ev şəraitində alacağı 6 aylıq müalicə xərclərini ödəmək üçün 5 min manat lazımdır. Maddi imkanımız olmadığı üçün müalicə xərclərini qarşılaya bilmirik. Xahiş edirik, Ümidin sağlamlığına qovuşması üçün bizə kömək edəsiniz”.

Ümidə köməklik etmək istəyənlər 051-587-22-15 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kapital Bank: 4169 7385 2961 1091 - Rəna İbadova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri