11 
Noy
2021
16:09
256
22
2577
Virtual karabakh

AZAL-ın mütəxəssisi: “Pilotlar güclü külək zamanı təyyarələri təhlükədən necə qorumağı bilirlər”

11 Noy, 2021
16:09
2577

AZAL-ın mütəxəssisi: “Pilotlar güclü külək zamanı təyyarələri təhlükədən necə qorumağı bilirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir təyyarələr ən son texniki və naviqasiya avadanlığı ilə təchiz olunub ki, bu da hava şəraitindən asılılığı minimuma endirir.

Azərbaycanın Əməkdar Pilotu, “Azərbaycan Hava Yolları” QSC-nin peşəkar pilotu Ədalət Alışov AviaTravel.az-a bildirib ki, təyyarənin texniki imkanlarına baxmayaraq, ekipajlar həmişə uçuşları meteoroloji dəyişiklikləri nəzərə alaraq həyata keçirirlər.

Onun sözlərinə görə, ekipajın məlumatlılığı və hazırlığı istənilən meteoroloji dəyişikliklərdə əsas amillərdəndir.

Çərşənbə günü Bakıda başlayan güclü külək şəhərdə iz buraxmadan ötüşməyib. O, həmçinin İstanbuldan Bakıya uçan Türk Hava Yollarına məxsus təyyarənin hava limanına enməsinə mane olub. Xatırladaq ki, İstanbul-Bakı reysini həyata keçirən Türk Hava Yollarının təyyarəsinin kapitanı yalnız üçüncü cəhddə Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurlu eniş edib.

Ədalət Alışovun sözlərinə görə, güclü küləkdə təyyarələr üçün ən böyük təhlükə küləyin yerdəyişməsidir - hündürlük üzrə küləyin gücündə və ya istiqamətində kəskin və əhəmiyyətli dəyişiklikdir. Küləyin istiqamətinin və sürətinin kəskin dəyişməsi ilə təyyarə güclü təbəqəyə - turbulentliyə düşə bilər.

“Küləyin təsiri istənilən yüksəklikdə mümkündür, uçuş və eniş zamanı bu fenomen daha təhlükəlidir. Təyyarənin bort sistemində külək barədə xəbərdarlıq siqnallarına məhəl qoymamaq pis nəticələrə səbəb ola bilər. Ona görə də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş zamanı küləyin təsiri ilə bağlı siqnallarına diqqət çəkən Türk Hava Yolları ekipajının təyyarəni ikinci dövrəyə yönəltməsi düzgün bir addımdır. Sonra gözləmə zonasında, belə deyək ki, hava pəncərəsində havanın yaxşılaşmasını gözləyərək, daha əlverişli vaxtda təyyarəni salamat hava limanına endirdi”, - deyə Alışov bildirib.

Təlimatçı qeyd edib ki, ekipajın məlumatlılığı və hazırlığı meteoroloji dəyişikliklər zamanı küləyin yerdəyişməsi və digər vəziyyətlərdə əsas amillərdəndir. Azərbaycan aviaşirkətlərinin pilotları Milli Aviasiya Akademiyasının pilot hazırlığı mərkəzində mütəmadi olaraq öz bacarıqlarını artırırlar. Mərkəzdəki simulyatorlar vəziyyətləri simulyasiya etməyə imkan verir ki, pilotlar uçuş zamanı düzgün qərarlar qəbul edə bilsinlər.

“Küləkli havaların yaratdığı vəziyyətlərin simulyasiyaları - müntəzəmdir. Bu məcburi tələb təkcə Bakının küləklər şəhəri olması ilə bağlı deyil, həm də ona görədir ki, bu intensiv təlimlər - beynəlxalq tələbdir”, - deyə Alışov bildirib.

Qeyd edək ki, çərşənbə günü Bakıda güclü külək şəhərin infrastrukturuna, ağaclara, avtomobillərə, bəzi paytaxt məktəblərinin damına ziyan vurub. Şəhərdə küləyin fəsadlarından 10-dan çox insan zərər çəkib. Hava şəraitinin pisləşməsinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə fəaliyyət göstərib, təyyarələri qəbul edib və yola salıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri