12 
Noy
2021
10:10
14
177
1378
Virtual karabakh

Nübar qəsəbəsində şəhidin lövhəsi olan küçənin problemləri niyə həll edilmir? - VİDEO

12 Noy, 2021
10:10
1378

Nübar qəsəbəsində şəhidin lövhəsi olan küçənin problemləri niyə həll edilmir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonu, “İpək yolu” adlanan ərazinin yaxınlığında (Nübar qəsəbəsi) yaşayan sakinlərin şikayəti həllini tapmır.

Bu barədə Oxu.Az-a qəsəbə sakinləri məlumat verib.

Daha əvvəl ərazidə Vətən müharibəsi şəhidi, baş leytenant Şirəliyev Sahib Yusif oğlunun şəkli vurulan lövhənin yaxınlığındakı natəmizlik barədə məlumat vermişdik. Məsələ işıqlandırıldıqdan sonra şəhidin şəkli vurulan lövhənin ətrafındakı məişət tullantıları təmizlənib. 

Ərazidə olan zibil konteynerlərinin yeri dəyişdirilib. Lakin sakinlər deyir ki, o konteynerlər elə bir yerə qoyulub ki, yanına yaxınlaşmaq mümkün deyil. Səbəb isə yolun əksər vaxtlarda palçıq və keçilməz olmasıdır. 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da qurumun saytlarında qeyd edilən telefon nömrələrinə cavab verən olmadı.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri