12 
Noy
2021
12:14
242
15
1363
Virtual karabakh

Milli Məclisdə dərman qıtlığı və qiymətinin baha olması məsələsi QALDIRILDI

12 Noy, 2021
12:14
1363

Milli Məclisdə dərman qıtlığı və qiymətinin baha olması məsələsi QALDIRILDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün dərman bazarında və apteklərdə satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”. 

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2022-ci il büdcə layihəsinin müzakirələri zamanı deyib. 

O bildirib ki, Azərbaycanda dərmanların qiyməti bir sıra ölkələrlə müqayisədə çox bahadır. 

Deputat Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün lazım olan dərmanların olmamasını da vurğulayıb:

“Onkoloji xəstəliklərin müalicəsi üçün ən müasir aparatlar gətirilib. Ancaq, dərmanlarla bağlı problemlər var. Bu dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmanları gətirir, amma bunu görmürük”, - deyə Ə.Əmiraslanov əlavə edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri