12 
Noy
2021
13:12
13
100
2168
Virtual karabakh

Əlillik təyinatı aparılan şəxslərin sayı AÇIQLANDI

12 Noy, 2021
13:12
2168

Əlillik təyinatı aparılan şəxslərin sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırkı dövrə qədər 47 mindən çox şəxsə əlillik təyinatı aparılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib. 

Onun sözlərinə görə, həmin şəxslərdən 15 minə yaxınına ilkin əlillik təyinatı aparılıb:

“33 minə yaxın şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Təkrar müraciət edənlərin əksəriyyəti 2015-ci ildə tibbi sosial ekspert komissiyasında müayinə olunanlardır. Həmin vaxt komissiyanın qərarı elan ediləndə əlilliyin bir illik təyin olunduğu bildirilib.

Sonradan Nazirlər Kabinetinin qərarına əsasən əlillik 5 il müddətinə uzadılmışdı. 5 il müddətində əlilliyi olan şəxslər mütəmadi olaraq müalicə və müayinə olunmalı idi”.

“Əlilliyin dayandırılması və  əlillik müddətinin bitməsinə görə müavinətin kəsilməsi fərqli-fərqli  məsələlərdir. Müddətin bitməsinə görə şəxs yenidən əlillik təyinatı üçün müraciət edə bilər. Tibbi göstəriş olarsa, o zaman əlillik təyinatı bərpa edilir”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri