12 
Noy
2021
18:04
8
132
1155
Virtual karabakh

Dövlət Əmək Müfəttişliyi Xidməti: “900 min manatlıq sosial xarakterli ödəniş gecikdirilib” - FOTO

12 Noy, 2021
18:04
1155

Dövlət Əmək Müfəttişliyi Xidməti: “900 min manatlıq sosial xarakterli ödəniş gecikdirilib” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin ötən 10 ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 10 964 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilən 6 252 məktub araşdırılaraq cavablandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, müraciətlər daha çox, emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrə aid olub. Xidmət tərəfindən vətəndaş müraciətləri araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi üçün aidiyyəti işlər görülüb.

Araşdırmalar zamanı aşkar edilən hüquq pozuntuları əməkhaqlarının ödənilməməsi, işçilərin məzuniyyət hüquqlarının pozulması, əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi və digər hallar təşkil edib.

Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Xidmətə daxil olan vətəndaş müraciətlərin bir qismində isə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi əks olunub.

Xidmətin yanvar-sentyabr aylarında bu istiqamətdə apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən 899 431 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. 98 faizi əməkhaqlarından, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Son illərdə xidmətin fəaliyyətinin mühüm bir istiqaməti də əmək qanunvericiliyin tələbləri ilə bağlı işçi və işəgötürənlər arasında təbliğat-maarifləndirmə tədbirlərinin təşkilinə, onların müvafiq mövzuda məlumatlılıq səviyyələrinin artırılmasına yönəlib. Eyni zamanda işəgötürən-işçi münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi, əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial iqtisadi, hüquqi, əməyin mühafizəsi və əmək qanunvericiliyinin tətbiqi, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə əlaqədar xidmət tərəfindən maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilir.

2021-ci ilin 10 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinin təsdiq edilmiş iş planına uyğun olaraq 18 onlayn maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlər əsasən uşaq əməyinin istismarının qarşısının alınması, əməyin mühafizəsi normalarına əməl olunması, əmək müqaviləsinin bağlanması, müqavilələrin şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları və əmək qanunvericiliyinin tətbiq olunması, qadınların və fiziki məhdudiyyətli şəxslərin əmək hüquqları və s. mövzularına həsr olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri