15 
Noy
2021
14:58
319
62
12849
Virtual karabakh

Bakıda sökülən “xruşovka”ların yerində nə tikiləcək? - YENİLƏNİB + FOTO

15 Noy, 2021
14:58
12849

Bakıda sökülən “xruşovka”ların yerində nə tikiləcək? - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən və hazırda sökülməkdə olan “xruşovka”ların yerində yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır.

Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, tikintiyə icazə icraatı çərçivəsində təqdim olunmuş ərazi planlaşdırma sənədləri normativ tələblərə əsasən təsdiq edilib.

“Hazırda tikintiyə icazə üçün aidiyyəti dövlət qurumlarının rəyləri toplanılır. Qeyd edilən ünvanda “SmartDom” MMC tərəfindən yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır. İndiki mərhələdə həmin ərazidə əmlak istifadəçiləri ilə tikinti şirkəti arasında qanunvericiliyin tələblərinə uyğun olaraq danışıqlar aparılır”.

11:12

Bakının Yasamal rayonunda “xruşovka”ların mərhələli şəkildə söküntüsünə başlanılıb.

Trend xəbər verir ki, hazırda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü işi aparılır.

Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

“Layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini şirkət aparır. Pilot layihə deyil”, - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri