15 
Noy
2021
11:28
35
234
4323
Virtual karabakh

“Sədərək”də axunda etiraz edən şəxs həbs olundu - FOTO

15 Noy, 2021
11:28
4323

“Sədərək”də axunda etiraz edən şəxs həbs olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.

“Report”un xəbərinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Nağıyev 15 sutka inzibati qaydada həbs olunub.

Qeyd edək ki, A.Nağıyev noyabrın 12-də “Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edib. O bildirib ki, bu zaman ticarət mərkəzinin mühafizəçiləri tərəfindən döyülüb.

A.Nağıyev hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri