16 
Noy
2021
14:04
18
172
3228
Virtual karabakh

“Doqquz əməliyyatdan sonra qızıma sonrakı müalicədən imtina etdilər” - YARDIM ÇAĞIRIŞI

16 Noy, 2021
14:04
3228

“Doqquz əməliyyatdan sonra qızıma sonrakı müalicədən imtina etdilər” - YARDIM ÇAĞIRIŞI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin əvvəlində Media.Az osteosarkomadan əziyyət çəkən 13 yaşlı Aysu Salamova haqqında yazmışdı. Bu, ən çox uşaq və yeniyetmələrdə rast gəlinən bədxassəli sümük şişidir. Bakıda ayağın amputasiyası ilə bağlı məsələ yaranmışdı, lakin o vaxt yığılan vəsait sayəsində yeniyetmə qız Ankarada bahalı əməliyyat keçirdi və bunun sayəsində ayağı xilas edildi.

Həkim şişi olan sümüyün bir hissəsini çıxarıb, yerinə metal protez qoyub. Lakin müalicə bununla bitməyib, uşaq hazırda Ankaradadır, amma müalicəni davam etdirməyə pul yoxdur.

Aysu Salamovanın anası Əsli xanım kömək istəyi ilə yenidən redaksiyaya müraciət edib. Onun sözlərinə görə, zədələnmiş ayaq sümüyünün protezlə əvəzlənməsi üzrə aparılan əsas əməliyyatdan sonra fəsadlar yaranıb. Nəticədə qız eyni klinikada daha səkkiz əməliyyat keçirib.

“Doqquz əməliyyatdan sonra, nəhayət, iyul ayında kimyaterapiya kursu başladı. Bütün bu müddət ərzində Aysu xəstəxanada idi. Oktyabrın 22-də bir həftəlik evə buraxıldıq, əlavə olaraq mənə bildirdilər ki, xəstəxanaya 34 min lirə (demək olar ki, 6 min manat) borc var. Borcu ödəməyənə qədər daha müalicə ala bilməyəcəyik. Biz onsuz da oktyabrın 28-nə planlaşdırılan növbəti kimyaterapiya kursunu gecikdirmişik. İndi Ankarada kirayədəyik və nə edəcəyimizi bilmirik, çıxılmaz vəziyyətdəyik. Əgər uşağa kimyaterapiya edilməzsə, onun vəziyyəti pisləşə bilər. Bu il o qədər iş görülüb, Aysu nə qədər əziyyət çəkib, nə qədər dözüb... İndi az qala finiş xəttinə yaxınlaşanda necə təslim ola bilərik?!

Aysu mənim yeganə övladımdır. Qızımı tək böyüdürəm, həyat yoldaşımı itirmişəm. Məndə yalnız 80 yaşlı anam qalıb, qızımın müalicəsini ödəyə biləcək qohumlarım və dostlarım yoxdur. Bütün ümidim yalnız sizədir! Xahiş edirəm, qızıma müalicəni başa çatdırmağa kömək edin, bu dəhşətli xəstəliyə qalib gəlməyimizə kömək edin”, - deyə qadın kömək istəyir.

Media.Az-ın redaksiya heyəti biganə qalmayan hər kəsi Salamovlar ailəsinin probleminə laqeyd qalmamağa və yeniyetməyə imkan daxilində kömək etməyə çağırır.

Əsli xanımın əlaqə nömrəsi: +994 51 860 70 63

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri