16 
Noy
2021
16:16
124
8
747
yuxarı
Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib
16 Noy, 2021
16:16
747
124
8
Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib
Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 6/26 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Səbri Qədirov tərəfindən kəsildiyi və təbiətə 2 200 manat məbləğində ziyan dəydiyi məlum olub.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nərimanov Rayon Prokurorluğuna göndərilib”, - deyə V.Cavadov qeyd edib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək