16 
Noy
2021
18:54
703
68
6873
Virtual karabakh

Avtomobilini nömrəsiz idarə edən qazi saxlanıldı - VİDEO

16 Noy, 2021
18:54
6873

Avtomobilini nömrəsiz idarə edən qazi saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul-Horadiz yolunda nömrəsiz nəqliyyat vasitəsi saxlanılıb. 

Oxu.Az-ın məlumatına görə, bu gün həmin yolda yerləşən stasionar postda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları nömrəsiz hərəkətdə olan nəqliyyat vasitəsinə “Saxla” əmrini verib. Məlum olub ki, dövlət nömrə nişanı olmadan hərəkətdə olan avtomobili idarə edən şəxs qazidir.

Polis əməkdaşları sürücü ilə profilaktik söhbət aparıb. Avtomobilin dövlət qeydiyyat nişanını çıxarmaqla yola çıxmağın yolverilməz olduğu bildirilib. Qazi YPX əməkdaşının ona bildirdiyi iradla tam olaraq razılaşıb. 

Sürücü avtomobilin dövlət qeydiyyat nömrə nişanının bərkidilməsi üçün zəruri olan vintin düşməsi səbəbindən açdığını deyib. Əməkdaşların köməyi ilə nömrə müvafiq qaydada avtomobilə bağlanılıb. Qazi barəsində heç bir protokol tərtib edilmədən, onun hərəkətini davam etdirməsinə icazə verilib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri