17 
Noy
2021
16:36
48
185
1659
Virtual karabakh

Balakəndə emalatxanaya gedən koronavirus xəstəsi evinə qaytarıldı - VİDEO

17 Noy, 2021
16:36
1659

Balakəndə emalatxanaya gedən koronavirus xəstəsi evinə qaytarıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Sədrəddin Dibirovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb.

Həmin şəxs özlərinə məxsus emalatxanada oradakı işçilərin və müştərilərin yanında aşkarlanıb, izahedici söhbətlər aparıldıqdan sonra yaşadığı ünvana geri qaytarılıb.

S.Dibirov barəsində Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri