17 
Noy
2021
18:47
130
348
2682
Virtual karabakh

Bakıda gənc atalar və övladları üçün festival keçirildi - FOTO

17 Noy, 2021
18:47
2682

Bakıda gənc atalar və övladları üçün festival keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Övladım Üçün - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Bakı şəhərində 200-ə yaxın gənc ata və övladının iştirakı ilə festival həyata keçirildi.

Noyabrın 14-də keçirilən festival müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, sehrbazlıq səhnəsi, musiqili proqram və bir-birindən maraqlı və əyləncəli yarışlarla yadda qaldı. Festival çərçivəsində atalar öz övladları ilə birlikdə həmin yarışmalarda və uşaqların əylənə biləcəyi müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazandılar.

Layihə çərçivəsində əvvəlcə Bakı, Gəncə, Şirvan şəhərlərində “Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” mövzusunda təlimlər keçirilmiş və layihənin davamı olaraq müvafiq şəhərlərdə festivalların keçirilməsinə start verilmişdi.

Layihənin əsas məqsədi Azərbaycanda qızlara və qadınlara qarşı ayrı-seçkiliyi təbliğ edən sosial normaları aradan qaldıraraq kişiləri öz övladlarına qayğı və məsuliyyətlə yanaşmağa, həmçinin fəal və düzgün atalıq fəaliyyətinə cəlb edilməklə məsuliyyətli atalıq mövqeyi sərgiləməyə təşviq etməkdən ibarətdir.

Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilir.


 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri