17 
Noy
2021
22:27
26
355
3929
Virtual karabakh

Lənkəranda çay evində mübahisə ölümlə nəticələnib

17 Noy, 2021
22:27
3929

Lənkəranda çay evində mübahisə ölümlə nəticələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib.

“Report” xəbər verir ki, hadisə Kənarmeşə kəndindəki çay evlərindən birində baş verib. Belə ki, rayonun Seydəkəran kənd sakini, 1970-ci il təvəllüdlü Mail Mirzağa oğlu Heydərov çayçı kimi çalışdığı çayxanada bir nəfərlə mübahisə edib. Mübahisə zamanı M.Heydərov yerə yıxılıb. Bu zaman o, sol gicgah nahiyəsindən xəsarət alıb və yerindəcə keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib və baxış keçirilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri