18 
Noy
2021
10:02
18
217
2386
Virtual karabakh

Azərbaycanda son 10 ayda 84 kişi zorakılıqla üzləşib - RƏSMİ

18 Noy, 2021
10:02
2386

Azərbaycanda son 10 ayda 84 kişi zorakılıqla üzləşib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu ilin sentyabr ayınadək qurumun “Qaynar xətti”nə daxil olan müraciətlərin təhlilini aparıb.

Dövlət Komitəsindən verilən məlumata görə, müraciətlər bir neçə meyara əsasən araşdırılıb.

Bildirilib ki, bu meyarlara zəng edənin cinsi, ailə vəziyyəti, təhsili, iş vəziyyəti, üzləşdiyi zorakılığın növü, hansı bölgədə yaşadığı, yaşı, zəng üçün müraciət edənin kim olduğu, eləcə də yönləndirildiyi tərəfdaş qurum daxildir.

Belə ki, ötən ilin dekabrın 1-dən bu ilin sentyabrın 30-dək olan müddətdə qəbul edilən zənglərin təhlilinə əsasən müəyyən edilib ki, zəng edənlərin əksəriyyəti qadınlardır.

Komitə sözçüsü qeyd edib ki, bu müddət ərzində ümumi 359 zəng edəndən 275-i qadın, 84-ü isə kişi olub:

“Ailə vəziyyətlərini təhlil edərkən məlum olub ki, zəng edənlər arasında evli olanlar çoxluq təşkil edir. Onlar arasında 197 nəfər evli, 130 nəfər subay, 32 nəfər isə boşanıb.

Təhsil səviyyəsi meyarında orta təhsilli olanların üstünlük təşkil etdiyi məlum olub. Onlardan 262 nəfər orta təhsilli, 80 nəfər ali təhsilli, 17 nəfər isə təhsilsizdir.

Məlum olub ki, zəng edənlərin əksəriyyəti işsizdir. Bunlardan 247 nəfər işsiz, 112 nəfər işi olan şəxslərdir”.

Qeyd edilib ki, zəng edənlərin əksəriyyəti psixoloji, iqtisadi, fiziki, cinsi zorakılıq növləri arasından psixoloji və fiziki zorakılığa məruz qalanlar olub:

“Həmçinin zəng edənlərin əksəriyyəti Bakıdan zəng edənlər olub. 230 nəfər paytaxtdan, 129 isə nəfər isə digər bölgələrdən olub. Ümumi zəng edənlərin əksəriyyəti 18-35 yaş arasındadır. 359 nəfərin 165-i 18-35 yaş, 121-i 35-56 yaş, 55-i 56 yaşdan yuxarı, 18-i 0-18 yaş aralığına aid olub.

Zəng edən 84 kişidən 33-ü 18-35 yaş, 34-ü 35-56 yaş, 14-ü 56 yaşdan yuxarı, 3-ü isə 0-18 yaş aralığına aiddir. Zəng edən 275 qadından 132-i 18-35 yaş, 87-i 35-56 yaş, 41-i 56 yaşdan yuxarı, 15-i 0-18 yaş aralığına aid olub. Həmçinin zəng edənlərin əksəriyyəti məişət zorakılığından zərərçəkən və vətəndaş mövqeyi göstərən şəxslərdir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri