18 
Noy
2021
11:18
9
103
1115
Virtual karabakh

Sosial sığorta daxilolmaları nə qədər artıb? - FOTO

18 Noy, 2021
11:18
1115

Sosial sığorta daxilolmaları nə qədər artıb? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri tərkibində sosial sığorta daxilolmalarında bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 10,1 % və ya 286,2 milyon manat artım qeydə alınıb.

Nazirlikdən verilən məlumata görə, həmin dövrdə sosial sığorta daxilolmaları qeyri-büdcə təşkilatları üzrə 10,5 %, büdcə təşkilatları üzrə 4,4 % artıb.

Xatırladaq ki, bu ilin 10 ayında DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5 % və ya 380 milyon manat artaraq 4 milyard 372 milyon manat, xərcləri 3,7 %  və ya 146 milyon manat artaraq 4 milyard 54 milyon manat təşkil edib.

Fondun xərclərinin 97 %-i əhaliyə ödənişlərdən ibarət olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri