18 
Noy
2021
11:46
13
159
1583
Virtual karabakh

Evləri başına uçan qəsəbə sakinlərinin imdadına çatan yoxdur - VİDEO

18 Noy, 2021
11:46
1583

Evləri başına uçan qəsəbə sakinlərinin imdadına çatan yoxdur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir sakinləri evlərindəki bərbad vəziyyətdən əziyyət çəkir.

Rayonun Garis-Əyribənd qəsəbəsinin sakinlərinin dərdlərini dinləyən qurum olmadığından Baku TV-yə üz tutublar. 

Qəsəbə ötən əsrin 60-cı illərində salınıb. Aradan keçən 60 il ərzində yaşayış binaları sıradan çıxmağa başlayıb. Xüsusilə dam örtüyü bərbad hala düşüb. Payız və qış aylarında yağıntı suları damlardan birbaşa evlərin içərisinə dolur. 

Nəticədə kəskin nəmişlik yarandığından həm döşəmə və divarları sıradan çıxarır, həm də sakinlərin məişət əşyalarını yararsız hala gətirir. Orada yaşayanların sözlərinə görə, deputat Rafael Hüseynov seçki ərəfəsində qəsəbə camaatı ilə görüşü zamanı onlara kömək edəcəyini söz versə də, bu günə kimi heç bir iş görülməyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri