18 
Noy
2021
13:56
39
430
2766
Virtual karabakh

İsrafçılıq edənlər: “Moyka”larda niyə içməli sudan istifadə edilir? - VİDEO

18 Noy, 2021
13:56
2766

İsrafçılıq edənlər: “Moyka”larda niyə içməli sudan istifadə edilir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın da su qıtlığı yaşayan ölkələr sırasına daxil olması su israfının qarşısının alınmasını daha da aktuallaşdırıb. Lakin təəssüflər olsun ki, ölkəmizdə əksər sahələrdə suya nəinki qənaət edilmir, hətta ciddi israfçılığa yol verilir. 

Ən çox da içməli suyun israf edildiyi məkanlardan birincisi avtomobil yuma məntəqələridir. El dili ilə desək, “moyka”larda yüksək təzyiqli aparatların mövcud olduğunu nəzərə aldıqda, kifayət qədər içməli suyun istifadə edildiyini təsəvvür etmək çətin deyil. Halbuki, avtomobillərin yuyulması üçün bir çox ölkələrdə olduğu kimi, texniki sudan istifadə etmək olar. 

Paytaxtda yerləşən bir neçə avtoyuma məntəqəsinə yaxınlaşsaq da, işçilər kamera qarşısında cavab verməkdən çəkindilər. Sadəcə şifahi şəkildə texniki su şəbəkəsi olmadığı üçün içməli sudan istifadə etdiklərini dedilər. Ekspertlər də vurğulayırlar ki, içməli suyun bu formada israfı yolverilməzdir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri