18 
Noy
2021
17:40
30
201
3263
Virtual karabakh

Narkoman anasından bezib polisə şikayət edən 10 yaşlı qızın son durumu AÇIQLANDI

18 Noy, 2021
17:40
3263

Narkoman anasından bezib polisə şikayət edən 10 yaşlı qızın son durumu AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda narkoman anasından bezib polisə şikayət edən 10 yaşlı uşaqdan yeni xəbər var. 

Oxu.Az xəbər verir ki, uşaq polisə müraciət edib sığınacağa yerləşdirilməsini istəmişdi.

Məsələ ictimailəşdirildikdən sonra aidiyyəti qurumlar məsələni ciddi nəzarətə götürüb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz həyatı üçün mübarizə aparan 10 yaşlı qız barədə yeni paylaşım edib:

“Qızımız bu gün tibbi ekspertizadan keçirildi. Artıq anasının narkotik tələbatı üçün pul tapmaq məcburiyyətində olmadığı üçün hədsiz sevinclidir. Onun məsələsi ilə bağlı yerli icra hakimiyyəti, prokurorluq orqanları və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur. Bu gün ilk dəfədir sığınacaqda uşaqlarla birlikdə əyləncə mərkəzinə gedib. Hər şeyin daha gözəl olacağına inanırıq”.

Qeyd edək ki, anası və nənəsi ilə yaşayan 10 yaşlı qız uzun müddət küçələrdən pul gətirməyə məcbur edilib. Azyaşlı anasının narkotik istifadəçisi olduğunu deyərək polisə müraciət edib. Azyaşlı həmçinin anasının onu döydüyünü, işgəncələr verdiyini iddia edib. Polis əməkdaşları isə uşağın təhlükəsizliyini təmin edərək onu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə təhvil verib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri