19 
Noy
2021
12:14
13
170
3612
Virtual karabakh

Anar Bayramovdan müddətsiz əlilliklərin verilməsi ilə bağlı VACİB AÇIQLAMA

19 Noy, 2021
12:14
3612

Anar Bayramovdan müddətsiz əlilliklərin verilməsi ilə bağlı VACİB AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əlillik dərəcələri iki cür – müddətli və müddətsiz olaraq təyin edilir. Bu təyinatların özünün fəlsəfəsi və meyarları var”.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

O bildirib ki, müddətsiz əlillik sağlamlıq vəziyyətini və orqanizmin funksiyalarını itirməsini nəzərdə tuturuq:

“Həyat fəaliyyətini müxtəlif kateqoriyaların məhdudlaşdırılmasının təzahürlü və sabit olduqda, sağalmaz xəstəliklər, geridönməz travmalar, amputasiyalar, anatomik defektlər olduğunda müddətsiz əlillik aparılır. Bu o deməkdir ki, həmin vətəndaşlar yenidən ekspert komissiyasına müraciət etmək, tibb müəssisələrində göndərişi rəsmiləşdirmək məcburiyyətində deyillər. Bu şəxslər müddətsiz əlillik əldə etmiş olurlar.

Yalnız təkrar əlillik təyin edilən 32 803 nəfərin öncədən əlillik əlamətləri olub. Amma bu təyinat onlara müddətli aparılıb. Ona görə bu əlilliklər 1-2-5 il müddətinə təyin edilməsinin fəlsəfəsi odur ki, bu xəstəliklər əlillik dərəcəsinə gətirib çıxarsa da, onların bir müddət sonra sağalma potensialı var. Həmin xəstələrin reabilitasiya ilə bərpa edilməsi mümkündür. Məqsədimiz həmin şəxslərin reabilitasiyasını aparmaqla onların cəmiyyətə adaptasiyasını bərpa etməkdir. Odur ki, əlillik təyinatı mütləq şəkildə ömürlük olmur. Əlillik təyinatı vətəndaşın həmin an üçün sağlamlıq vəziyyətindən asılı olaraq, müvafiq meyarlara əsasən aparılır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri