19 
Noy
2021
17:08
145
58
3362
Virtual karabakh

Bakı Zooloji Parkı könüllülük proqramına start verir

19 Noy, 2021
17:08
3362

Bakı Zooloji Parkı könüllülük proqramına start verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Zooloji Parkının könüllülük proqramına qeydiyyat başlayıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən seçimlər zamanı müraciət edən könüllülər Bakı Zooloji Parkında könüllü fəaliyyətinə cəlb olunacaq.

Proqram çərçivəsində könüllülər Bakı Zooloji Parkına gələn xarici və yerli qonaqları qarşılamaq, istiqamətləndirmək və məlumatlandırmaq, zooloji parkda olan heyvanlara qarşı düzgün davranış qaydalarına riayət etmək və onlara nəvaziş göstərmək üçün əhalini maarifləndirmək sahəsində fəaliyyət göstərəcəklər. Bundan əlavə, könüllülər ümumilikdə vətəndaşlar arasında heyvanlara xüsusi diqqətin göstərilməsi və onların qorunmasının təbliğində mühüm rol oynayacaqlar. Proqramı uğurla başa çatdıran könüllülər sertifikat və dəyərli hədiyyələrlə təltif ediləcək.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb. Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. 

Qeydiyyat linki:

https://bit.ly/3EwS6FY

Qeydiyyat üçün son tarix: 29 noyabr 2021-ci il

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri