19 
Noy
2021
16:41
29
289
6227
Virtual karabakh

Azərbaycanda son sutkada 2 233 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb - FOTO

19 Noy, 2021
16:41
6227

Azərbaycanda son sutkada 2 233 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 233 yeni yoluxma faktı qeydə alınıb, 2 401 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 570 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 533 175 nəfər müalicə olunaraq sağalıb, 7 579 nəfər vəfat edib, aktiv xəstə sayı 29 568 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 925, ötən müddət ərzində isə ümumilikdə 5 418 169 test aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri