19 
Noy
2021
17:45
18
185
1933
Virtual karabakh

Qubada 6 min sakini təngə gətirən problemlər nə vaxt həllini tapacaq? - VİDEO

19 Noy, 2021
17:45
1933

Qubada 6 min sakini təngə gətirən problemlər nə vaxt həllini tapacaq? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunun Xaruşa kənd sakinləri uzun illərdir yolsuzluqdan əziyyət çəkir. 800-ə yaxın sakini olan kəndin vətəndaşları bildirir ki, kəndlərinə gedən yol sovetlər dönəmində asfalt üzü görüb. Hazırda asfalt qatının yerində iri çalalar və gölməçələr yaranıb.

Yolla yanaşı, kənddə tibb məntəqəsi olmadığından xüsusilə kəndin yaşlı insanları bundan əziyyət çəkir. Adi bir iynə vurdurmağa görə uzaq məsafə qət etməli olurlar. Onlar deyir ki, heç qonşu kəndlərində də tibb məntəqəsi yoxdur.

Problemlərdən təngə gələn sakinlər deyir ki, döymədikləri qapı, üz tutmadıqları qurum qalmayıb. Dövlət qurumlarından isə hər il sadəcə vəd verilir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri