20 
Noy
2021
10:04
13
226
1130
Virtual karabakh

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi qalmaqdadır - Oxu.Az-ın ŞƏRHİ

20 Noy, 2021
10:04
1130

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi qalmaqdadır - Oxu.Az-ın ŞƏRHİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan hökumətinin qarşısında duran çağırışlardan biri də işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir.

Azərbaycanın diktəsi ilə Ermənistan postmüharibə dövründə Ağdamın, Füzulinin və Zəngilanın mina xəritələrini Azərbaycana verib.

Ancaq onların dəqiqliyi 25 faizdir. Buna görə də, mina təhlükəsi hələ də mövcuddur və vətəndaşların işğaldan azad edilmiş ərazilərə gedərkən maksimum dərəcədə təhlükəsizlik qaydalarına riayət etməsi vacibdir.

2020-ci ilin 10 noyabr bəyanatından sonra mina partlayışları nəticəsində 33 Azərbaycan vətəndaşı həyatını itirib, 134 adam yaralanıb.

Zərərçəkənlərin 70 nəfərə yaxını mülki şəxslərdir.

Minalar filmlərdəki kimi “humanist” xarakterə malik silah deyil. Yəni, kimsə ayağını minanın üstünə qoyduğunu dərk edir, dayanır, kənardan kimsə gəlib onu zərərsizləşdirir – bu yalnız filmlərdə təxəyyülə əsaslanan yanaşmadır.

Əslində mina ayağını onun üzərinə qoyduğun anda (söhbət piyada minalarından gedir) partlayır və insan bir anın içində həyatını itirə bilir və ya ağır xəsarətlər alır.

Fövqəladə Hallar Nazirliyi vətəndaşları xüsusi icazə olmadan işğaldan azad edilmiş ərazilərə səfər etməməyə çağırır.

Fövqəladə Hallar Nazirliyi təhlükələrin mövcudluğunu nəzərə alaraq, əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, həmin ərazilərə mina və digər partlayıcı maddələrdən təmizlənilməsi əməliyyatları bitənədək icazəsiz səfər etməməyə çağırır və bunun həm də hüquqi məsuliyyət yaratdığını xatırladır.

İşğaldan azad edilmiş ərazilərdə tikinti işlərinə cəlb olunan şirkətlərin əməkdaşları da diqqətli olmalıdırlar.

Onlar hər hansı partlamış sursat, ərazinin xüsusiyyətinə xas olmayan əşya görərsə, onlara kənar fiziki təsir göstərmədən “112” zəng mərkəzinə məlumat verməlidirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri