23 
Noy
2021
14:20
14
139
1167
Virtual karabakh

Peyvəndlər ana bətnindəki körpəyə COVID-19-a qarşı anticisim ötürə bilirmi? - AÇIQLAMA

23 Noy, 2021
14:20
1167

Peyvəndlər ana bətnindəki körpəyə COVID-19-a qarşı anticisim ötürə bilirmi? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov COVID-19 peyvəndi hamilə qalmağa təsir edirmi sualını cavablandırarkən qeyd edib:

O bildirib ki, hamilə olmağa çalışan qadınlar mövcud COVID-19 peyvəndi ilə peyvənd oluna bilərlər. Peyvənddən sonra hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur.

Peyvəndlər ana bətnindəki körpəyə COVID-19-a qarşı müəyyən miqdarda anticisim ötürə bilərmi sualını isə həkim belə cavablandırıb:

“Bu mövzuda kifayət qədər araşdırma yoxdur. Yalnız bir qrup hamilə qadında peyvəndin qoruyucu anticisimlərinin plasenta vasitəsi ilə körpəyə keçdiyi və COVID-19-a qarşı immunitetinə kömək etdiyi göstərilib. Ananın immunizasiyası yeni doğulmuş körpəni COVID-19-dan qorumağa kömək etsə də, bu anticisimlərin nə dərəcədə qorunma təmin edəcəyini və ya bu qorunmanın nə qədər davam edəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri