24 
Noy
2021
18:26
40
201
1352
Virtual karabakh

Qəbələdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi toy mərasimləri aşkarlanıb

24 Noy, 2021
18:26
1352

Qəbələdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi toy mərasimləri aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Mıxlıqovaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, yoxlamalar zamanı hər bir mərasimdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də 28 nəfərin COVID-19 pasportu olmadığı müəyyən olunub. 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elxan Səmədov və Qriqori Aşuqov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri