25 
Noy
2021
12:04
231
50
1772
Virtual karabakh

Bakıda Zəfər avtoyürüşü keçirilib - FOTO/VİDEO

25 Noy, 2021
12:04
1772

Bakıda Zəfər avtoyürüşü keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillərlə təmin edilən Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilib.

Vətən müharibəsi qazilərindən ibarət heyət Azərbaycan və Türkiyə bayraqları asılan avtomobillərlə yürüşə başlayıb. Yürüş iştirakçıları əvvəlcə I Fəxri xiyabandan II Fəxri xiyabana yollanaraq işğal altında olan torpaqların azadlığı uğrunda şəhid olan igidlərin məzarlarını ziyarət ediblər. Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısına qədər davam edib.

Avtoyürüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov da iştirak edib.

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri