25 
Noy
2021
12:24
9
132
1215
Virtual karabakh

Nazir müavini tələbə kreditlərindən danışdı - FOTO

25 Noy, 2021
12:24
1215

Nazir müavini tələbə kreditlərindən danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təhsil Tələbə Krediti (TTK) Sisteminin formalaşdırılması ilə bağlı ötən dövr ərzində bir sıra təcrübələr öyrənilib”.

Oxu.Az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib. 

O bildirib ki, TTK sistemi təhsil üçün çox vacib məqamlardan biridir. Bir çox ölkələrdə bu sistem dövlət tərəfindən dəstəklənir və bu sistemi müxtəlif qaydada tətbiq edilir. 

“Təhsil Tələbə Krediti 60-dan çox ölkədə tətbiq edilir. Bu sistemin məqsədi tələbələrin təhsilə əlçatanlığının təmin edilməsi, təhsilin maliyyə təminatına dövlət dəstəyinin yüksəldilməsi, sosial çətinliklərin aradan qaldırılması, təhsildə keyfiyyətin yüksəldilməsi, təhsilin maliyyələşmə mexanizminin şaxələndirilməsidir”.

Könül Cəfərli

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri