25 
Noy
2021
14:40
70
24
1109
Virtual karabakh

Özəl universitetdə təhsil alan tələbəyə kredit veriləcək? - RƏSMİ AÇIQLAMA

25 Noy, 2021
14:40
1109

Özəl universitetdə təhsil alan tələbəyə kredit veriləcək? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur”. 

Oxu.Az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

İ.İsayev bildirib ki, ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: 

“Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub”. 

O qeyd edib ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsil alan ödənişli tələbələr kredit almaq hüququna malikdir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri