25 
Noy
2021
16:14
14
250
1857
Virtual karabakh

Məktəblərdə şagirdlərin qaçırılma faktlarına rast gəlinir? - AÇIQLAMA

25 Noy, 2021
16:14
1857

Məktəblərdə şagirdlərin qaçırılma faktlarına rast gəlinir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin əksəriyyətində müşahidə kameraları və mühafizə xidmətləri mövcuddur. Bu səbəbdən məktəblərdən şagirdlərin qaçırılması ilə bağlı fakt yoxdur”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. 

M.Vəliyeva bildirib ki, belə hal olubsa belə, məktəb ərazisindən kənarda olub:

“Bununla bağlı isə aidiyyəti üzrə hüquq-mühafizə orqanları məşğul olur”.

İdarə müdiri məktəblilərin valideynlərinə səsələnərək, övladlarına qarşı diqqətli olmağa çağırıb:

“Biz cəmiyyət olaraq uşaqları ciddi diqqətdə saxlamalıyıq. Bu yalnız məktəbin, valideynin deyil, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələdə həssas olmalıdır”.

Xatırladaq ki, ötən gün Mehdiabad qəsəbəsində yerləşən 188 nömrəli məktəbdə 5-ci sinif şagirdini naməlum şəxs avtomobili ilə qaçırmağa cəhd edib. Məktəbin ön kameraları işləməyib, küçədə olan digər müşahidə kameraları vasitəsilə şagirdi qaçırmaq istəyən nəqliyyat vasitəsinin markasını təyin etmək mümkün olub. Artıq azyaşlının qaçırılma iddiaları barədə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri