25 
Noy
2021
17:24
73
432
18740
Virtual karabakh

Azərbaycanda baş həkim marketdən oğurluq edib? - VİDEO

Sosial şəbəkələrdə Masallı rayonunda mağazadan oğurluq edən şəxsin videogörüntüləri yayılıb. 

Belə ki, videoda kişinin marketdəki rəflərdən birindən məhsulu götürüb cibinə qoyduğu aydın görünür. Sosial şəbəkələrdə həmin şəxsin Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov olduğu iddia edilir. 

Rasim Əzizov Baku TV-yə açıqlamasında sözügedən iddialara münasibət bildirib və haqqında yayılan məlumatların təxribat olduğunu deyib.

Sözügedən videogörüntülərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, həmin mağazadan Masallı Rayon Polis Şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb:

“Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Araşdırma aparılır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri