25 
Noy
2021
17:05
63
252
1083
Virtual karabakh

DİN: “Uşaq ən böyük zorakılığı ailədə görür”

25 Noy, 2021
17:05
1083

DİN: “Uşaq ən böyük zorakılığı ailədə görür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uşaq ən böyük zorakılığı elə ailədə görür”.

Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş polis idarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Azərbaycanda uşaqların zorakılığa məruz qalmasına dair bir sıra faktlar var:

“Biz bu gün daha çox psixoloji dəstəyə fokuslanmalıyıq. Bu gün psixoloqların yardımına ciddi ehtiyac var. Təəssüf ki, cütlüklər ailənin nə demək olduğunu dərk etmədən evlənirlər. Hətta 30 yaşında evlənənlər var ki, ailənin nə olduğunu hələ də dərk etmədiklərini görürük. Bütün problemlər də buradan yaranır”.

K.Ələkbərova məktəblinin qaçırılmasına cəhd xəbərinə də münasibət bildirib:

“Belə hallar çox deyil. Çox vaxt belə hadisələr boşanmış ailələlərdə baş verir. Ailələr boşanan zaman düşmən kimi boşanırlar. Ata deyir ki, övladımı sənə göstərmək istəmirəm. Tutaq ki, ana evdən uşağı aparır, deyirlər ki, uşaq oğurlanıb. Elə xırda nüanslar var ki, onu şişirdib ictimaiyyətə başqa cür də təqdim edə bilərlər. O ki, qaldı məktəblərin təhlükəsizliyi ilə bağlı resurlara - kameralara harda ehtiyac olursa, təmin olunur. Hansı hallarda ki, yoxdur, təbii məktəb rəhbərliyinə müraciət edə bilər. Bəzi neqativ halları görmək üçün özlərinin təşəbbüsü olmalıdır. Bütün məktəblərin həyətinə polis də gəlib dayana bilməz. Bunun üçün heyətimiz də yoxdur. Vətəndaşlara üz tutub deyirəm ki, diqqətli olsunlar”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri